Millət vəkili Qənirə Paşayevanın Facebook sosial şəbəkədə rəsmi səhifəsi növbəti dəfə dağıdılıb. Bu barədə Modern.az-a onun özü məlumat verib. Deputat bildirib ki, bu gün səhər saat 7.26-da onun Facebook akauntuna kənar müdaxilə olub, akauntun parolu dəyişdirilib (bu haqda elektron poçta məktub gəlib), sonra isə elektron poçt ünvanı dəyişdirilib (onu [email protected] ilə əvəz ediblər). Bundan sonra isə millət vəkilinin Facebook-dakı rəsmi səhifəsi tamamilə dağıdılıb.
Qeyd edək ki, bu, Q.Paşayevanın səhifəsi üçüncü dəfədir hakerlər tərəfindən hücuma məruz qalır.
“Artıq bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib və məsələ araşdırılır”-deyə deputat bildirib.
Modern.az