Modern.az

Kamal Abdulladan xanım tələbələrə özəl HƏDİYYƏ

Kamal Abdulladan xanım tələbələrə özəl HƏDİYYƏ

Aktual

7 Mart 2019, 17:42

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə univeristetin yataqxanasında yerləşən xanım tələbələrə hədiyyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı ADU-nun mətbuat katibi Ağa Cəfərli təsdiqləyib. O qeyd edib ki, Kamal Abdullanın təşəbbüsü ilə universitetin 2 saylı qızlar yataqxanasında yaşayan 141 nəfər tələbəyə bir aylıq yataqxana ödənişindən azad edilib.

 

Qeyd edək ki, tələbələrin xeyrinə maraqlı addımlara imza atan rektorun bu təşəbbüsü də sosial şəbəkələrdə alqışla qarşılanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir