Qazaxıstan parlamentinin Aşağı və Yuxarı palatalarının birgə iclasında paytaxt Astana şəhərinin Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, indi Astana rəsmi olaraq Nursultan adını alıb.
Yeni prezident Kasım-Jomart Tokayev Qazaxıstan paytaxtı Astana şəhərinin adının dəyişdirilərək, Nursultan qoyulmasını təklif etmişdi. Eyni zamanda, paytaxtda Nazarbayevin abidəsini ucaltmağa və bütün şəhərlərin mərkəzi küçələrinə ölkənin ilk prezidentinin adını verməyə çağırış etmişdi.