Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, mayın 15-də qızılın qiyməti mayın 14-ü ilə müqayisədə 7,4715 manat azalaraq 1 unsiya üçün 2201,6445 manat təşkil edib.
Gümüş 0,0379 manat ucuzlaşaraq 1 unsiya üçün 25,1472 manata bərabər olub.
Platinin qiyməti 11,305 manat azalaraq 1456,458 manat, palladiumun qiyməti isə 15,64 manat artaraq 2277,7875 manat təşkil edib.
Ad | 15.05.2019 | 14.05.2019 | |
Qızıl | XAU | 2201.6445 | 2209.116 |
Gümüş | XAG | 25.1472 | 25.1851 |
Platin | XPT | 1456.458 | 1467.763 |
Palladium | XPD | 2277.7875 | 2262.1475 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.