Modern.az

Bakıda tələbənin ölümü ilə bağlı həbs edilən var

Bakıda tələbənin ölümü ilə bağlı həbs edilən var

Aktual

17 May 2019, 18:01

Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər həbs edilib.

Modern.az ONA-ya istinadən xəbər verir ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlunun dava zamanı ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Cümşüd Balabəyov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məlum hadisə mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. 

Bakı İdarəetmə və Texnologiya Kollecindən verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü