Modern.az

Qayınatasının evinə atəş açdı, polis tutdu

Qayınatasının evinə atəş açdı, polis tutdu

Aktual

26 İyun 2019, 14:54

İyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qayınatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

 

T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir