Modern.az

Azərbaycan gözəli Gülnarənin “Çayxana”da 1.5 milyonluq üzüyü oğurlandı

Azərbaycan gözəli Gülnarənin “Çayxana”da 1.5 milyonluq üzüyü oğurlandı

16 İyul 2019, 13:34

“Miss Azərbaycan 2010” gözəllik müsabiqəsinin qalibi Gülnarə Əlimuradova bahalı üzüyünü itirib. O, bununla bağlı polisə müraciət edib.

 

Virtualaz.org RenTV-yə istinadən xəbər verir ki, 29 yaşlı qız iyulun 15-də Moskvadakı “Çayxana” restoranında istirahət edirmiş. Tualetə gedib qayıdan zaman Gülnarə nişan üzüyünün itdiyini görüb.

 

Ona dəymiş zərərin 1,5 milyon rubl (təxminən 40 min manat – red.) olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

2010-cu ildə “Miss Azərbaycan” gözəllik müsabiqəsində münsiflər heyətinin 12 üzvündən 7-si qələbəni Gülnarə Əlimuradovaya verib.

 

O, Bülbül adına musiqi məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb. Bir sıra brendlərin siması kimi reklam sahəsində məşhur modellərdən biri hesab olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir