Modern.az

Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib

Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib

Aktual

20 İyul 2019, 09:19

2019-cu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri 6 faiz artaraq 10,4 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 590,2 milyon manat çoxdur.

 

Bu barədə Modern.az Maliyyə Nazirliyinə istinadən məlumat verir.

 

Bu dövrdə qeyri-neft sektorunun gəlirlərinin ümumi həcmi 70,1%, yaxud 2,245 mlrd manat təşkil edib. Bu, ötən ilin birinci yarısındakı göstəricidən 14,3 faiz çoxdur.

 

Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən büdcəyə 3,632 milyard manat (7,4 faiz artım) köçürülüb. Dövlət Gömrük Komitəsinin köçürmələri (DGK) - 2,065 milyard manat (27,6 faiz artım) təşkil edir.

 

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların pullu xidmətlərindən əldə edilən gəlirlər isə 234,4 milyon manat təşkil edib (artım 30,9 faiz). Digər büdcə gəlirləri 60,1 milyon manat təşkil edib.

 

Dövlət Neft Fonduna gəlincə, (SOFAZ) dövlət büdcəsinə daxilolmaları 4,413 milyard manat təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?