İndoneziyanın Bali adasının sahillərində 4,9 bal gücündə zəlzələ olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Denpasar şəhərindən 184 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.