Modern.az

İcra başçısı bayram günlərində vətəndaşların problemərini dinləyib

İcra başçısı bayram günlərində vətəndaşların problemərini dinləyib

14 Avqust 2019, 09:36

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qurban bayramı günlərində Əhmədbəyli, Bala Bəhmənli kəndlərində (Dörd yol adlanan ərazidə) və Qayıdış qəsəbələrində olub, vətəndaşlarla görüşüb, bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət edib. 


Alı Alıyev vətəndaşları Qurban bayramı münasibəti ilə təbrik edib, onların problem və qayğıları ilə maraqlanıb. Rayon sakinləri də öz növbəsində Qurban bayramı münasibəti ilə Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir qiymət artımının olmadığını bildiriblər.


Alı Alıyev Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır. Qeyd edib ki, son vaxtlar ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.


Məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, çörək pulu,qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?