Modern.az

"Xəzər Lənkəran" ermənilərin klubunu darmadağın etdi

Dünya

6 Oktyabr 2019, 23:58

Həmyerlilərimiz tərəfindən Moskvada yaradılan və paytaxt çempionatının dördüncü divizionunda çıxış edən “Xəzər Lənkəran Moskva” klubu “Master A” ilə matçda anlamlı addım atıb.

Modern.az  Axar.az-a istinadən  xəbər verir ki, komanda üzvləri meydana əllərində tutduqları “Карабах наш” (Qarabağ bizimdir!) şüarı ilə çıxıblar.

Buna səbəb rəqibin heyətində bir neçə erməni futbolçunun çıxış etməsidir.

Məlumata görə, "Xəzər Lənkəran Moskva" Avroliqada “Qarabağ”ın səfərdə “Düdelanj”la keçirdiyi oyunda yaşanan təxribata görə bu addımı atıb. Həmin matçda ermənilər qondarma "dqr"in "bayrağ"ını dronla meydançada qaldırmışdılar.

Qeyd edək ki, görüş “Xəzər Lənkəran Moskva”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir