Modern.az

“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev

“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev

Aktual

10 Oktyabr 2019, 15:04

"Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır!" çıxışında bildirdi ki, Azərbaycan bütün etniklərə qucaq açıb. Bu demokratik təsisatların, multikulturalizmin ən gözəl örnəyidir". 

 

Modern.az xəbər verir ki, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masada çıxışında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. O qeyd edib ki, ölkəmizin həyata keçirdiyi siyasət böyük dövlətlər tərəfindən də dəstəklənir:

 

"Bu gün həmin bəyanatla erməni yalanları ifşa olundu. Məhz həmin bəyanatın səslənməsi və erməni yalanlarının ifşası üçün seçilən məkan da önəmlidir. Hesab edirəm ki, məcburi köçkünlərin də mövqeyi aydındır. Onlar ölkə başçısının siyasətinə arxalanırlar. Bütün xalqımız, məcburi köçkünlərimiz cənab prezidentin Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?