Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Quşqara kəndində qeydə alınıb.
Minik avtomobilinin aşması nəticəsində Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Həsən Paşayev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.