Rusiyanın Zabaykalye vilayətindəki hərbi hissələrdən birində silahlı insident baş verib.
Modern.az “Ria-Novosti”yə istinadən xəbər verir ki, hərbçilərin atəşə tutulması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə cümə günü yerli vaxtla saat 18:20-də baş verib.
Məlumata görə, hərbçilərdən biri qarovul növbəsi dəyişərkəın xidməti silahından əsgərlərə tərəf atəş açıb.
Müdafiə Nazirliyi hadisə yerinə komissiya göndərib. Komissiyaya müdafiə nazirinin müavini başçılıq edir.