Modern.az

Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi

Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi

Dünya

11 Noyabr 2019, 21:17

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki,  Rusiyanın dövlət başçısı Almaniyanın hökumət rəhbəri ilə telefon söhbətində Ukrayna məsələsinə toxunublar. Tərəflər həmçinin Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Kremlin mətbuat xidmətindən bildirilib ki, Putin və Merkel Ukrayna ərazisi vasitəsilə Rusiya qazının tranziti şərtləri haqqında üçtərəfli danışıqlar mövzusunu müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir