Modern.az

Partiya lideri parlament seçkilərində iştirakını TƏSDİQLƏDİ

Partiya lideri parlament seçkilərində iştirakını TƏSDİQLƏDİ

Parlament

23 Dekabr 2019, 16:37

“Parlament seçkilərində iştirak üçün mən də namizədliyimi irəli sürəcəm”.

 

Bunu Modern.az-a açıqlamasında deputat Sabir Hacıyev bildirib. O, namizədliyini həmişəki qaydada Göyçay rayonundan irəli sürəcəyini də vurğulayıb:

“Növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak etmək fikrindəyəm. Həmişəki qaydada namizədliyimi 88 saylı Göyçay seçki dairəsindən verəcəm. Bu qərarı almağıma mənə göstərilən təşəbbüs səbəb oldu”.

 

Qeyd edək ki, Sabir Hacıyev parlamentdə Vətəndaş Birliyi Partiyasının sədri kimi çıxış edir, 2010-cu ildən deputatdır.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir