Modern.az

Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR

Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR

Dünya

17 Yanvar 2020, 16:43

Rusiya prezidenti Vladimir Putin yanvarın 19-da Berlində keçiriləcək beynəlxalq konfransa qatılacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Liviya böhranı ilə bağlı toplanacaq konfransda münaqişə tərəfləri arasında atəşkəs rejiminin imzalanması müzakirəyə çıxarılıb.

 

Berlində baş tutacaq görüşə ABŞ, Türkiyə, Rusiya, Avropa Birliyi, BMT və s. yüksək rütbəli diplomatları iştirak edəcək.

Liviya Milli Ordusunun komandiri Hafiz Həftər və Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Fərəc arasında Moskvadakı görüş uğursuzluqla nəticələnmişdi.  

  

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir