Modern.az

Gəncədə 10-cu sinif şagirdi itkin düşdü

Gəncədə 10-cu sinif şagirdi itkin düşdü

Aktual

23 Yanvar 2020, 09:36

Gəncədə 10-cu sinif şagirdi itkin düşüb.

 

Modern.az xəbər verir ki, hadisə yanvarın 21-də şəhərin Ü.Hacıbəyov küçəsi, bina 119B, mənzil 7 ünvanında qeydə alınıb.

 

Belə ki, 2004-cü il təvəllüdlü, Gəncə şəhəri 39 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Gülçin Məmmədova əmisigilə getmək adı ilə evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Məktəblinin yaxınları Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edib.

 

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır