Türkiyənin Elazığ əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:36-da Sivricə rayonunda qeydə alınıb.
Yeraltı təkanların ocağı 6,97 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər həlak olub.