Modern.az

İrandan qayıdan Ağdaş sakini karantinə alındı

İrandan qayıdan Ağdaş sakini karantinə alındı

29 Fevral 2020, 09:11

Ağdaş rayonunun Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev səhhətində yaranan problemlərlə əlaqədar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə cağırış edib.

 

Modern.az xəbər verir ki, S.Nuralıyevin yaşadığı ünvana gedən həkim briqadası lazımı tibbi yardım edən zaman xəstə bir neçə gün əvvəl İran İslam Respublikasından Azərbaycana qayıtdığını bildirib. Həkim briqadası bundan sonra S.Nuralıyevi Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və o, İnfeksion Xəstəliklər Şöbəsinə yerləşdirilib.

 

S.Nuralıyev xəstəxanaya yerləşdirildikdən 14 gün sonra evə buraxılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir