Modern.az

Parlamentdə deputatların oturacağı yerləri kim seçir? - CAVAB

Parlamentdə deputatların oturacağı yerləri kim seçir? - CAVAB

11 Mart 2020, 14:51

Milli Məclisə ilk dəfə deputat seçilən Erkin Qədirli ötən gün keçirilən birinci plenar iclas haqqında təəssüratlarını paylaşıb.

 

Modern.az xəbər verir ki, Erkin Qədirli sosial şəbəkə hesabında bildirib ki, deputatların oturduğu yerləri özləri seçmirlər və bu proseduru Milli Məclis Katibliyinin ümumi şöbəsi təyin edir:

“Orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir (kartı çıxarmaq olmaz). Axırıncı sırada otururam - məktəb illərimdən axırda oturmağı xoşlayıram. Yanımda Razi Nurullayev oturur”.

 

Erkin Qədirli deputat kreslosunun komfortlu olmasını da önə çəkib.

“Yerlər həddindən artıq rahatdırlar. Heç uçaqların biznes-klassında belələri olmur. İrəli-geri, yuxarı-aşağı yönlərdə dəyişə bilirlər (elektron düymələri var)”.

 

Xatırladaq ki, martın 10-da VI çağırış Milli Məclisin ilk iclası keçirilib.   

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!