Modern.az

Agentlik tibb işçilərinə 200 AZN-lik kart hədiyyə etdi

Agentlik tibb işçilərinə 200 AZN-lik kart hədiyyə etdi

Aktual

24 Mart 2020, 20:16

Bakı Nəqliyyat Agentliyi (BNA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib.


BNA-dan Modern.az-a verilən məlumata görə, həmçinin, xüsusi rejimli xəstəxanalarda xidmət edən 120 nəfər tibb işçisinin ailələrinə 200 azn-lik hədiyyə kartı verilib. Bu kart vasitəsi ilə onlar Bravo supermarketlər şəbəkəsindən ərzaq və gündəlik təlabat mallarını ala bilərlər.


Məqsəd sağlamlıqlarını risk altına ataraq koronovirus (COVİD-19) yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənarda qalan tibb işçilərinə dəstək olmaqdır.  
Bakı Nəqliyyat Agentliyinin kollektivi bu günlərdə göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa görə tibb işçilərinə təşəkkürünü bildirir, onlarla həmrəy olduğumuzu ifadə edir.


Eyni zamanda bir daha vətəndaşlarımızı anlayış və məsuliyyət nümayiş etdirməyə dəvət edirik. Əminik ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir