Modern.az

Milli Məclisdə “yardım” MÜBAHİSƏSİ

Milli Məclisdə “yardım” MÜBAHİSƏSİ

Parlament

5 May 2020, 12:06

“Yaranmış şəraitdən həm ölkə daxilidə, həm də xaricdən siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür”.

 

Modern.az-ın xəbərinə görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib. O bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz:

 

“Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

 

Musa Qasımlının səsləndirdiyi fikirlərə deputat Sabir Rüstəmxanlının cavabı gecikməyib:

 

“Son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə mən çıxış etmişəm. Bununla bağlı nə qədər insan mənə şikayət ünvanlayıb. Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə hər şeyi görər".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!