Modern.az

Rusiyada mayın 12-dən iş rejimi bərpa olunur

Rusiyada mayın 12-dən iş rejimi bərpa olunur

Dünya

11 May 2020, 17:45

Rusiya prezidenti Vladimir Putin mayın 12-dən ölkədə qeyri-iş günlərinin sona çatacağını elan edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mayın 12-dən başlayaraq bir çox müəssisələr öz fəaliyyətini bərpa edəcək.

 

Prezident energetika, kənd təsərrüfatı, faydalı qazıntılar, tikinti və sənaye sahəsində insan təmasından uzaq bütün istehsal proseslərinin bərpa olunacağını əlavə edib.

 

Amma Putin virusun ikinci dalğasından qorunmaq üçün vətəndaşların karatin qaydalarına riayət etməsinin vacibliyini xatırladıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?