Modern.az

Prezidentdən koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ

Prezidentdən koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ

Aktual

22 May 2020, 20:13

Rusiyada oktyabr-noyabr ayları arasında koronavirusun ikinci dalğasının olması mümkündür.

Modern.az  xəbər verir ki, bunu ölkə başçısı Vladimir Putin Rusiyada sanitar-epidemioloji vəziyyətə həsr olunmuş iclas zamanı deyib.

O, Səhiyyə Nazirliyini buna hazır olmağa, yerli və xarici mütəxəssislərin ikinci dalğa barədə xəbərdarlıqlarına qulaq asmağa çağırıb.

Qeyd edək ki, bu günədək Rusiyada 326 mindən çox şəxs koronavirusa yoluxub, 3 249 nəfər ölüb. Yoluxma sayına görə Rusiya ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?