Modern.az

Millimizin futbolçusu buna görə cəzalandırıla bilər

Millimizin futbolçusu buna görə cəzalandırıla bilər

Dünya

24 May 2020, 14:12

Millimizin və Almaniyanın “Ersgebirge” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın 2-ci Bundesliqasında COVİD-19 epidemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət edib.


Modern.az xəbər verir ki,  oyunçu 27-ci tur çərçivəsində keçirilmiş “Nürnberq”lə səfər oyununda qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb.

 

Bununla da o, qaydaları kobud şəkildə pozub.

 

Nazarovun gələn həftə cəzalandıracağı bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir