Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, 9-cu mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin eyvanında ev əşyaları 3 m² sahədə yanıb.
Məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.