ABŞ-ın Nyu-York şəhərində etiraz aksiyaları zamanı bir qrup şəxs “Rolex” mağazasından 2,4 milyon dollar məbləğində saat oğurlayıb.
Modern.az-ın məlumatına görə, bu barədə şəhər polisi bildirib. Qeyd olunur ki, şəxslər vitrini sındıraraq saatı götürüblər.
İğtişaşlar zamanı “Bloomingdale’s”, “Chanel”, “Dolce & Gabbana”, “Macy‘s” kimi brendlərin mağazaları da hücuma məruz qalıb.