Modern.az

AzTV şəhidlərə görə konserti ləğv etdi

AzTV şəhidlərə görə konserti ləğv etdi

Aktual

12 İyul 2020, 20:14

Azərbaycan Televiziyası ordumuzun şəhid verməsi ilə əlaqədar olaraq bu gün yayımlanması nəzərdə tutulan “Yay axşamı” konsert proqramını təxirə salıb.

Modern.az  xəbər verir ki, bu barədə telekanalın rəsmi "facebook" hesabında bildirilib.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir