Azərbaycan Respublikası Nazilər Kabineti Yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı tapşırıqlarına müvafiq olaraq Hacıqabul rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçirib.
Modern.az xəbər verir ki, vətəndaşlarla, ictimai iaşə obyektində çalışan şəxslərlə görüşərək maarifləndirici söhbətlər aparıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunub və karantin qaydalarına əməl etməyənlər barədə ciddi tədbirlər görüldüyü onların nəzərinə çatdırılıb.
Rayon ərazisində Operativ Qərargahın qərar və sərəncamlarına müvafiq olaraq pandemiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.