İspaniya yığma komandasının, “Real” Madrid və “Portu” klublarının qapısını qorumuş məşhur İker Kasilyas karyerasına son verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə öz “Tvitter” səhifəsində yazıb.
17 il “Real”ın formasını geyinən qapıçı 5 dəfə İspanoya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi, 2 dəfə Avropa Superkubokunu, 2 dəfə isə İspaniya Kubokunu qazanıb. Həmçinin, 2008,2012-ci illərdə o, Avropa çempionu, 2010-cu ildə isə Dünya çempionu olub.