Modern.az

Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın

Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın

Aktual

14 Avqust 2020, 09:18

Bakıda genişmiqyaslı dezinfeksiya işləri aparılacaq.

 

Modern.az-ın paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə sabah, avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi