Modern.az

Azərbaycan Ukrayna ilə sərhədlərini açır - uçuşlar bərpa olunur

Azərbaycan Ukrayna ilə sərhədlərini açır - uçuşlar bərpa olunur

17 Sentyabr 2020, 12:39

Ukrayna Beynəlxalq Hava Yolları şirkəti oktyabr 1-dən etibarən Kiyevdən beynəlxalq istiqamətlər üzrə 5 aviareysi bərpa etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, oktyabr 1-dən etibarən şirkət Kiyevdən Brüssel (Belçika), Düsseldorf (Almaniya), London (Böyük Britaniya), Praqa (Çexiya) və Bakı (Azərbaycan) istiqamətlərində uçuşlara başlayacaq.

 

Həmçinin qeyd olunub ki, 16 sentyabr tarixindən etibarən bilet alan sərnişinlər bileti qüvvədə olduğu müddətdə bir neçə dəfə pulsuz olaraq uçuş tarixini dəyişdirə biləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi