Modern.az

“Ümid edirik ki, Rusiya əlindən gələni əsirgəməyəcək” - Milli Məclisin Sədri

“Ümid edirik ki, Rusiya əlindən gələni əsirgəməyəcək” - Milli Məclisin Sədri

Aktual

23 Sentyabr 2020, 10:48

“Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxış edərkən deyib.

Sədrin sözlərinə görə,  yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur:

“Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir