Modern.az

Xankəndini tərk edən ermənilərin sayı AÇIQLANDI

Xankəndini tərk edən ermənilərin sayı AÇIQLANDI

Qarabağ

7 Oktyabr 2020, 16:14

Erməni əhalisi Azərbaycanın işğal altındakı ərazilərini, o cümlədən Xankəndini tərk edir.

                           

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı baş şəhərin “vitse-meri” Suren Tamrazyan Xankəndi sakinlərinin 50%-dən çoxunun Ermənistana qaçdığını etiraf edib.

"Şəhərdə qalmaq təhlükəsiz olmadığı üçün onların çoxu Ermənistana üz tutub".

 

Tamrazyanın sözlərinə görə, qadınlar, uşaqlar və yaşlılar kütləvi şəkildə Xankəndi-Gorus yolu ilə bölgəni tərk edir. Döyüşlərə qədər, 50 min sakini olan şəhərdə hazırda 25 min sakin və hərbçi qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!