Modern.az

Qəbələ RLS-dən birgə istifadə təklifi qüvvədədir

Qəbələ RLS-dən birgə istifadə təklifi qüvvədədir

Təhsil

22 Yanvar 2010, 15:44

Qəbələ RLS-dən birgə istifadə barədə Rusiyanın ABŞ-a etdiyi təklif hələ də qüvvədədir. Modern.az “Ria-novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələ raket təhlükələrinin birgə müəyyən olunmasından sonra həll olunacaq. XİN başçısı qeyd edib ki, “Barak Obama administrasiyası raket əleyhinə müdafiə sistemlərinə dair planlarını yenidən gözdən keçirdikdən sonra bizim əvvəlki təkliflərimizə (Qəbələ RLS-dən birgə istifadə - “Modern.az”) qayıtmaq imkanı yaranıb. Bizim təklif isə raket təhlükələrinin birgə təhlili üzrə kollektiv iş aparılmasını nəzərdə tutur”.
O, əlavə edib ki, beynəlxalq təhlükəsizliyə dair prezident Komitəsin  işçi qrupu bu cür təhlillərin başlanmasını planlaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?