Modern.az

Türkiyənin İnönü Universiteti UNEC-ə məktub ünvanlayıb

Türkiyənin İnönü Universiteti UNEC-ə məktub ünvanlayıb

Aktual

19 Oktyabr 2020, 13:40

Türkiyənin İnönü Universitetinin rektoru professor Ahmet Kızılay Azərbaycana dəstək məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, dinc əhalini hədəfə alması insanlığa qarşı cinayət adlandırılıb. Azərbaycan ordusunun Ermənistan silahlı birləşmələrinə lazımi cavabı hərb meydanında qətiyyətlə verdiyi, Türkiyənin bu haqq-ədalət mübarizəsində qardaş ölkənin yanında olduğu qeyd edilib. Məktubda müharibənin yeganə həllinin Ermənistanın işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxdıqdan sonra mümkün olacağı deyilir.

 

Professor A.Kızılay İnönü Universitetinin Ermənistanın silahlı hücumuna qarşı Azərbaycanın yanında olduğunu, universitetin professor-müəllim heyətinin bütün tədbirlərdə Azərbaycana dəstəyini açıq və birbaşa göstərdiklərini diqqətə çatdırıb. Qardaş Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi müddətdə də İnönü Universitetinin UNEC-lə əməkdaşlıq və həmrəyliyinin davam edəcəyini bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!