Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Bu görüş qonaqların baş məşqçisi Samir Abasovun postunda debütü ilə əlamətdar olub. Qarşılaşma bakılıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında isə “Zirə” bu dəqiqələrdə öz meydanında “Keşlə”ni qəbul edir.
Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Səbail” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
10-cu tur
22 noyabr
“Qəbələ” – “Neftçi” 1:4
Qol: Y.Nəbiyev, 60 – A.Krivotsyuk, 38; 51. N.Ələsgərov, 57. P.İbara, 90+3.