Modern.az

Təcili yardım işçilərinin başı davaya qarışdı, xəstə öldü

Təcili yardım işçilərinin başı davaya qarışdı, xəstə öldü

Aktual

29 Noyabr 2020, 23:42

Rusiyanın Ryazan vilayətində təcili yardım işçiləri ilə yerli sakinlər arasında baş verən qarşıdurma səbəbindən xəstə ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Gazeta.ru" Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinə istinadla məlumat yayıb.

 

Hadisə Sasovo qəsəbəsində baş verib. 44 yaşlı qadın xəstələnib və təcili yardım çağırılıb. Müayinənin nəticələrinə əsasən, həkimlər xəstəni xəstəxanaya yerləşdirməyə qərar veriblər.

“Lakin onun yanında olan tanışları tibb işçilərinin hərəkətlərinə mane olub və münaqişə yaradıbar. Bu müddətdə qadın təcili yardım maşınında ölüb”, - deyə müstəntiqlər bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?