Modern.az

KİVDF-nin yeni müsabiqədə YENİ QAYDALARI: Baş redaktorlar nə düşünür?

KİVDF-nin yeni müsabiqədə YENİ QAYDALARI: Baş redaktorlar nə düşünür?

Media

16 Dekabr 2020, 18:32

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu növbəti ilin 6 ayı üçün qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Müsabiqəyə 19 mövzu üzrə layihələr təqdim edilə bilər. Müəyyən olunmuş tələblərə cavab verməyən və ya əvvəllər Fond tərəfindən maliyyə yardımı almış və maliyyələşmə dövründə bağlanmış müqavilə şərtlərini pozduğuna görə maliyyə yardımı dayandırılmış, habelə söz, fikir və məlumat azadlığından sui-istifadəyə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan qəzetlər Müsabiqəyə buraxılmır.

 

Növbəti maliyyə yardımı müsabiqəsində hansı yeniliklərin tətbiq edildiyi və gözləntilərlə bağlı qəzet redaktorlarının fikirlərini öyrəndik.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal:

 

 

KİVDF-nin gələn ilin birinci yarımilliyi üçün elan etdiyi müsabiqədə bir sıra mütərəqqi dəyişikliklər var. Bunlardan biri müsabiqə sənədlərinin elektron formada qəbul olunmasıdır. Bunun üçün Fondun saytında xüsusi yükləmə sistemi yaradılıb. Artıq, çoxlu sənəd sayda toplayıb Fonda aparmadan elektron şəkildə müsabiqəyə təqdim etmək mümkün olacaq. Elektron sistemin tətbiqi qəzet redaksiyalarının hər zaman arzuladıqları bir məsələ idi, nəhayət, reallaşdı. Yəqin ki, gələcəkdə aylıq hesabatların qəbulunda da bu sistemdən istifadə olunacaq. Qeyd etmək istədiyim digər yenilik müsabiqə şərtləri ilə bağlıdır. Belə ki, ötən müddətdə KİVDF-dən maliyyə yardımı almış və bunun üçün hər ay hesabat vermiş qəzet redaksiyaları müsabiqədə iştirak üçün eyni sənədləri təkrar Fonda göndərməyəcəklər. Bu çox məntiqli və işi asanlaşdıran qaydadır. Redaksiyalar hər zaman bu məsələdən şikayətçi olublar. Bu qayda yalnız ilk dəfə sənəd verəcək qəzetlərə şamil olunur ki, anlaşılandır. Hesab edirəm ki, yeni elektron sistemə keçid, həmçinin, belə deyək ki, bürokratik tələblərin aradan qaldırılması həm Fondun, həm də qəzetlərin işinə müsbət təsirini göstərəcək.

 

"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı:

 

 

KİVDF yeniliklər edir və fəaliyyətimizin asanlaşdırılması, şəffaf bir mühitin yaradılması üçün bu addımları atır. Hər bir qəzetin özünün elektron informasiya portalı, eyni zamanda hər bir jurnalistin elektron qayda da bir hesabı olacaq. Bütün məlumatlar, informasiyalar orada toplanılır, eyni zamanda jurnalistin istəyinə uyğun olaraq müsabiqəyə qatılıb-qatılmaması online qaydada baş tutacaq. Eyni zamanda qəzetlərin maliyələşdirilməsi, müsabiqələrdə iştirakı da bu qaydada həyata keçirilir. Təbii ki, bunun hazırlanması ilə bağlı ilkin məlumatlar var idi. Çox yüksək səviyyədə qiymətləndirirəm və düşünürəm ki, bu qaydada işləmək bizim üçün daha asan olacaq. Artıq kağızdan imtina dövrü gəlir. Əvvəl sənədləşdirmədə çox ciddi problemlər yaranırdı, müsabiqədə iştirak etmək üçün üç-dört nəfərə həvalə edirdik ki, sənədləri hazırlasınlar. Bütün redaksiyalar da bu vəziyyət var idi.  Artıq çox müsbət bir vəziyyət yaranıb. Düşünürəm ki, KİVDF-nin atdığı addım qəzetlərin maliyələşdirilməsin də, eyni zamanda jurnalist müsabiqələrinin təşkilində şəffaflığı artıracaq. Neqativ halların aradan qaldırılması yönündə atılan çox düzgün addımdır və yüksək qiymətləndirirəm.

 

 "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid:

 

 

KİVDF-nin 6 ay əvvəl elan etdiyi həm jurnalistlər, həm də qəzetlər üçün  müsabiqədə dəyişikliklər var idi. Jurnalistlər üçün geniş imkan yaranırdı bütün jurnalistlər o müsabiqədə iştirak edə bilərdilər. Qəzetlər üçün keçirilən müsabiqə  bizim üçün məqbul idi. Müəyyən qaydalar tətbiq olunmuşdu. Bu dəfə o qaydalar daha da yumşaldılıb və elektron qaydada daha asan variantda təqdim olunub. Pandemiya dövrü üçündə bu çox məqbul oldu. Əvvəl jurnalistlər yazıları kağız formasında fonda  təqdim edirdilər. İndi hamısı elektronlaşdırılıb və çox rahatdır. Artıq jurnalistlər yazıları elektron qaydada müsabiqə üçün təqdim etdilər. Qəzetlərdə hazırlaşır, yəqin ki, gələn həftə müsabiqədə iştirak etmək üçün sənədləri elektron qayda da təqdim edəcəklər. Jurnalistlərin və qəzetlərin işi çox rahat olub.

 

Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?