Modern.az

“ABŞ xüsusi xidmət orqanları Qarabağda təxribat hazırlayır” – Rusiyalı senator

“ABŞ xüsusi xidmət orqanları Qarabağda təxribat hazırlayır” – Rusiyalı senator

Dünya

17 Dekabr 2020, 12:59

Rusiya Federasiya Şurasının üzvü, senator Franç Klintseviç Qarabağla bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, o, Dövlət departamentinin rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsini “təhlükə” adlandırmasına cavab verib.

Senatorun fikrincə, məhz ABŞ Qarabağda gərginliyin olmasında maraqlıdır.

“Rusiyanın müdaxiləısi sayəsində Qarabağda döyüşlər dayandırıldı. ABŞ-a isə burada sülh lazım deyil. Onlara qaynar nöqtə lazımdır. SSRİ-ni onun üçün dağıtmayıblar ki, postsovet məkanında sabitlik olsun”-deyə o açıqlama verib.

 

Klintseviç ABŞ xüsusi xidmət orqanlarının Qarabağda sabitliyi pozmaq üçün təxribat hazırladığını da əlavə edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü