Modern.az

Döyüş bölgəsində 1000-dən çox erməni hərbçinin cəsədi TAPILIB

Döyüş bölgəsində 1000-dən çox erməni hərbçinin cəsədi TAPILIB

Qarabağ

21 Dekabr 2020, 11:41

Qarabağda döyüşlər zamanı ölən və itkin düşmən erməni hərbçilərin axtarışı davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə itkin düşmüş hesab olunan daha 19 erməni hərbçinin cəsədi tapılıb. Axtarışlar Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya sülhməramlıları və Ermənistan tərəfinin nümayəndələri tərəfindən aparılır.

 

Axtarışlar hazırda Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində həyata keçirilir.

Ümumilikdə, noybarın 13-dən bu günə qədər Qarabağda 1039 erməni hərbçinin cəsədi aşkar olunub.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir