Modern.az

Ermənistanda revanşist qüvvələr AKTİVLƏŞİB

Ermənistanda revanşist qüvvələr AKTİVLƏŞİB

Dünya

18 Yanvar 2021, 11:56

Ermənistanda 10 noyabr üçtərəfli bəyanatı ilə razılaşmayan qüvvələr aktivləşib.

Modern.az xəbər verir ki, müxalifətdə olan “İşıqlı Ermənistan” partiyası parlamentdə həmin bəyanatın ölkə qanunlarına uyğun olub-olmaması barədə müzakirə açmaq istəyib. Məsələnin parlamrntin gündəliyinə salınması üçün səsvermə də keçirilib.

 

“Məsələnin gündəliyə salınmasına 40, buna qarşı isə 73 deputat səs verib. Məsələ gündəliyə salınmayacaq” – deyə spiker Ararat Mirzəyan açıqlama verib.

 

İqtidardakı “Mənim addımım” fraksiyası üçtərəfli bəyanatın müzakirə olunmasının parlamentin səlahiyyətləri çərçivəsində olmadığını açıqlayıb. Müxalifət fraksiyaları isə əslində rəsmi Yerevanın kapitulasiya elan etdiyi həmin sənədin ölkə qanunları ilə uzlaşmadığını iddia edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!