Modern.az

Olimpiya çempionu medalını satır - Xəstə uşağa kömək üçün

Olimpiya çempionu medalını satır - Xəstə uşağa kömək üçün

Dünya

16 Avqust 2012, 18:41

London Olimpiadısnın çempionu, serfinq üzrə bürünc medal qazanmış polşalı Sofiya Noseti –Klepka öz medalını satmaq üçün auksiona qoyub. Modern.az Lifenews-ə istinadən bildirir ki, Olimpiya çempionu bəyan edib ki, əldə olunan pulu qonşusu olan Juji adlı 5 yaşlı uşağın  müalicəsinə sərf etmək istəyir.

Balaca qız fiziki hərəkətlərini və nəfəsalmanı çətinləşdirən ağır xroniki xəstəlikdən əziyyət çəkir. “Mən Jujunu anadan olandan tanıyıram. O mənim ən balaca pərəstişkarım olub. Olimpiada başlananda mən ona dedim ki, medal almaq üçün hər şeyi edəcəyəm. Uzun illərdir ki, onun valideynlərinin necə əziyət çəkərək, bütün vaxtlarını xəstəxana keçirdiklərinin şahidi oluram. Mənim onlara kömək etmək üçün indi imkanım yaranıb”-deyə çempion vurğulayıb.

Beşinici əməliyyatı keçirən körpənin valdeynləri əməliyyat üçün pulu ödəməyə çətinlik çəkirlər.

 “Biz hammız inanırıq ki, Jujunin vəziyyəti yaxşılaşacaq. Bunun üçün mən medalımı satıram”-deyə Sofiya bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü