Modern.az

Uşaq alverilə məşğul olan 10 amerikalı həbs edilib

Uşaq alverilə məşğul olan  10 amerikalı həbs edilib

Təhsil

1 Fevral 2010, 10:28

Haitidə polis üzərində lazımi sənədləri olmayan 30 uşaqla Dominikan Respublikasının sərhəddini keçməyə çalışan 10 Amerika xeyriyyə işçisini uşaq alverilə məşğul olduqlarından şübhələnərək saxlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Haitinin Sosial Məsələlər üzrə naziri İv Kristallin bunun uşaq oğurluğu olduğunu bildirib. O, əlavə edib ki,  uşaqların ölkəni tərk etməsi üçün nazirlikdən icazə alınmalıdır.

 

Birləşmiş Ştatlarda mənzillənən New Life Children’s Refuge xeyriyyə təşkilatından beş kişi və beş qadın uşaqları Dominikan Respublikasında uşaq evlərinə apardıqlarını bildiriblər. Xeyriyyə təşkilatına sponsorluq edən kilsənin veb səhifəsində onların səhvən həbs edildiyi bildirilir. 

Haiti rəsmiləri zəlzələdən sonra yetim qalmış uşaqların insan alveri qurbanı ola biləcəyilə bağlı narahatlıqlarını bildiriblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?