Modern.az

20 yanvardakı yanğınla bağlı yolda sıxlıq var - avtobuslar gecikir

20 yanvardakı yanğınla bağlı yolda sıxlıq var - avtobuslar gecikir

Aktual

22 Fevral 2021, 18:08

Həsən bəy Zərdabi küçəsində metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verib. Bu səbəbdən hadisə yerinə yanğınsöndürən avtomobilləri cəlb olunub.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, hazırda hadisə baş verən ərazidə-H.Zərdabi küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

 

Rəsmi məlumata görə, sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında da gecikmələr yaranıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?