Modern.az

Yerli telekanallar “Formula 1” yarışlarına buraxılmayacaq

Yerli telekanallar “Formula 1” yarışlarına buraxılmayacaq

Aktual

2 Mart 2021, 12:03

Yerli televiziya və radio nümayəndələrinin "Formula 1" yarışlarında akkreditasiyasına icazə verilməyəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Ayan Nəcəf məlumat verib. O qeyd edib ki, yeganə yayım hüququna malik telekanal "İdman TV" olacaq. 

 

Bundan əlavə, daimi akreditasiyası olmayan xarici jurnalistlər də "Formula 1"i işıqlandıra bilməyəcək. 

 

Ümumilikdə, "Formula 1" yarışlarında akkreditasiyadan keçən mətbuat nümayəndələrinin sayında 30-40 faiz azalma gözlənilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!