Modern.az

“Azərbaycan Dəmir Yolları” QSC: "Hələlik 7 nəfərin öldüyü bəllidir"

“Azərbaycan Dəmir Yolları” QSC: "Hələlik  7 nəfərin öldüyü bəllidir"

31 Avqust 2012, 10:57

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində 124 saylı sərnişin avtobusu ilə Bakı-Ağstafa istiqamətinə hərəkət edən 97 saylı ekspress sərnişin qatarı ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 12-dən çox insan isə yaralanıb. Bu barədə Modern.az-a  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, hələlik ölənlər barədə dəqiq məlumat yoxdu, amma 7 nəfərin ölməsi bildirilir.

“Yaralıların yarısı Qaradağ rayon xəstəxanasına, yarısının da Bakı şəhərindəki xəstəxanalarına yerləşdirilib. Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir. Bu istiqamətdə araşdırma aparılır”

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir