“Yaxın müddətdə ölkəmizə 4 milyondan artıq vaksinin gətirilməsi nəzərdə tutulur”.
Modern.az xəbər verir ki, bu barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, pandemiya ilə mübarizədə Azərbaycan səhiyyəsi çökmədi və mübarizəni davam etdirdi:
“Pandemiya ilə mübarizəyə 44 mindən çox tibb işçisi cəlb olunub. Onların arasında xarici ölkələrdən gəlmiş mütəxəssislər də var”.