Modern.az

Daha bir COVİD-19 xəstəsi ictimai yerdə YAXALANDI

Daha bir COVİD-19 xəstəsi ictimai yerdə YAXALANDI

Aktual

7 Aprel 2021, 19:30

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, vətəndaş Tahir Mustafayevin COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.

 

T.Mustafayev barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir